Oktyabrın 5-9-da Gürcüstanın paytaxtı Tiflis şəhərində MitOst Assosiasiyasının təşəbbüsü ilə “Müxtəliflik, inkluziya və mədəniyyətlərarası dialoq” mövzusuna həsr edilən 14-cü Beynəlxalq Festival keçirilib.
20 ölkədən 400-ə yaxın nümayəndənin iştirak etdiyi festivalda İnkişaf Zamanı - MitOst Əməkdaşlıq Proqramının məzunları fəal iştirak ediblər. Məzun layihəsi çərçivəsində hazırlanmış “Mən də sənin kimiyəm” qısametrajlı filmi nümayış etdirilib.
Proqramın bir qrup məzunu tərəfindən hazırlanan qısametrajlı film fiziki əngəli olan və fiziki əngəli olmayan insanlar arasında əməkdaşlıqdan bəhs edir.
Film qrupu cəmiyyətdə bu əməkdaşlığın qurulmasına mane olan stereotilərdən və onlarn aradan qaldırılmmasından danışır. Film vasitəsilə gənclər bir sıra maraqlı suallar qaldırır və fiziki əngəlin cəmiyyətin fəal üzvü olmaqda maneə olmadığını vurğulayırlar. Müəlliflər qeyd edir ki, biz uzaqdan nə qədər fərqli görünsək də əslində düşüncələrimiz, arzu və istəklərimizlə bir-birimizə çox bənzəyirik.
Qeyd edək ki, MitOst mədəniyyətlər arası mübadilə, eyni zamanda vətəndaş fəallığını təbliğ edən platformadır. Festival 2003-cü ildən keçirilir və müxtəlif regionaları əhatə edir.
trend.az