Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Litvada keçiriləcək “Atspindys” XI Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, kollektiv bir sıra beynəlxalq teatr festivallarında uğur qazanmış S.Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı isə Əməkdar Artist Şövqü Hüseynovdur.
Oktyabr ayının 11-dən 17-dək davam edəcək festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş olunacaq. Festivala Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya və Slovakiyanın teatr kollektivləri də qatılacaq.
“Atspindys” festivalı Gənc Tamaşaçılar Teatrının 89-cu teatr mövsümündə iştirak edəcəyi ikinci beynəlxalq festivaldır. Teatrın noyabr ayında Moldovada keçiriləcək mono-tamaşalar festivalında da iştirakı nəzərdə tutulur.
azertag.az