Bakıda “Ağ bığlılar”ın premyerası olub
11.10.2016

Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşasının premyerası olub.

Teatrdan bildirilib ki, səhnə əsəri Əməkdar Artist Bəhruz Əhmədlinin quruluşunda təqdim edilib.

Səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından bəhs edir. Həmçinin burada süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən danışılır.

Müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmov olan tamaşada rolları Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı və başqaları ifa edib.

azertag.az