Xeyli vaxtdır birlikdə olan Kenan Doğulu və Beren Saat (“Fatmagülün suçu ne?” serialında Fatmagül rolunun ifaçısı) cütlüyü evlənməyi qərara alıb.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, Kenan Doğulu ilə Beren Saatın toyunun 2013-cü ildə baş tutacağı gözlənilir.
Hazırda Türk mediasında ən çox müzakirə olunan bu xəbəri Kenan Doğulunun meneceri da təsdiqləyib.
Cütlüyün eşq macərası hazırda Türkiyə şou-biznes və mətbuatında ən çox müzakirə olunan xəbərə çevrilib.
İlin eşqinə imza atan cütlük artıq bir yerdə görünməkdən çəkinmir. Doğum günü məclislərini birinə qatılan cütlüyün fotoları obyektivlərə tuş gəlib.
Xoşbəxt görünən cütlük gələn ilin yanvar ayında toy etməyi planlaşdırdığını və çox xoşbəxt olduqlarını açıqlayıb.
Verilən məlumatlara görə artıq Kenan Doğulu Berenin ailəsi ilə də görüşüb.
O, açıqlamalarının birində ən böyük arzusunun gözəl ailə və övlad sahibi olduğunu bildirib.
Gün.Az