Siqaret çəkən “Tori” ləqəbli meymun zooparkdan uzaqlaşdırılmışdır
3.8.2012

İndoneziya zooparkında yaşayan “Tori” ləqəbli oranqutanı siqaret aludəçiliyindən xilas etmək üçün uzaq adaya yerləşdirmişlər. 15 illik ömrünün 10 ilini siqaret çəkən meymunu nikotin asılılığından azad etmək üçün zooparkın işçiləri ona kömək etmək qərarına gəlmişlər.

Artıq meymuna tamaşa etməyə gələnlər ona uzaqdan baxmaqla kifayətlənməli olacaqlar. Çünki Torinin yeni məskəni tamaşaçılardan 15 metr uzaqda yerləşir.

İndoneziya zooparkında heyvanları narahat etməyə, onları yemləməyə görə qadağalar qoyulmasına baxmayaraq turistlər qaydalara riayət etmirlər. Belə ki, zooparka gələn turistlər qadağanedici cədvəllərə baxmayaraq meymunun saxlandığı meydançaya yandırılmış siqaret tullamış və nəticədə meymunun siqaret aludəçisi olmasına səbəb olmuşlar.

Tori isə turistlərin hərəkətlərinə bənzər siqareti tüstülətməyi öyrənmiş və nəticədə onda nikotindən asılılıq yaranmışdır.

Həkimlər meymunun vəziyyətinin normal olduğunu bildirirlər.

AzərTAc