“Kitab evi”ndə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə tanınmış yazıçı Qərib Mehdinin “Pəncərədən gələn qonaq” kitabının “imza günü” keçirilib.
AYB-nin Gəncə bölməsinin sədri Xəzangül görkəmli ədibin çoxşaxəli, rəngarəng yaradıcılığı barədə məlumat verib. Onun vaxtilə təsis etdiyi “İlham” ədəbi birliyinin çağdaş ədəbiyyatımıza bəxş etdiyi istedadlı simalardan danışıb. Natiq Gəncə ədəbi mühitinin ağsaqqalı olan 42 kitab müəllifi Qərib Mehdinin bənzərsiz sənət dünyasından söz açıb.
Kitabın redaktorlarından biri Firəngiz İdrisqızı kitabda işıq üzü görmüş povestlər, sənədli hekayələr, esselər barədə fikirlərini bölüşüb.
Tədbirdə çıxış edənlər ustad sənətkarın görünən və görünməyən tərəfləri barədə, onun bəzən kövrək, bəzən də qranit kimi sərt xarakterindən söhbət açıblar.
Qələm dostları Q.Mehdiyə həsr etdikləri, qiraət ustaları isə şairin öz şeirlərini oxuyublar.
Sonda Qərib Mehdi tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
azertag.az