“Generalın son əmri” yenidən Akademik Milli Dram Teatrında
11.10.2016

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında eyniadlı iki hissəli tragikomik tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq Artisti Cəfər Namiq Kamal, Əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.

azertag.az