Koreyalı məktəblilər Azərbaycan mədəniyyəti barədə məlumatlandırılıb
11.10.2016

Koreya Respublikasının paytaxtında fəaliyyət göstərən Han İk Hvan incəsənət muzeyinin “Uşaqlar üçün qlobal mədəni mübadilə” proqramı çərçivəsində Seulun Yonqsan rayonun bir qrup məktəblisi Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Səfir Rəmzi Teymurov koreyalı məktəblilərə müstəqil Azərbaycanın dövlətçilik tarixi barədə məlumat verib.

Sonra Azərbaycanın tarixi, coğrafi şəraiti, mədəniyyəti, o cümlədən musiqisi və mətbəxi, ölkəmizin hazırki inkişafına dair təqdimat olub. Qonaqlar Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.

azertag.az