"Ağ şəhər"də inşa olunan iki piyada keçidində 8 eskalator quraşdırılacaq
11.10.2016

"Ağ şəhər avtomobil yollarının infrastruktur Layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişmələrində iki yeraltı piyada keçidi tikilir.
"Azəravtoyol" ASC-dən daxil olan məlumata görə, hər bir keçidin uzunluğu 4 istiqamətə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlərin hər biri 8 ədəd eskalatorla təmin olunacaq.
X.Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin qalereyasının tikintisi yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri aparılır.
Ümumilikdə, keçidin inşası zamanı uzunluğu 14 metr olan 354 ədəd demir beton svay, 370 ədəd beton svay, 440 metr uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib. Bundan başqa, keçid ikiqat ruberoid materialı ilə izolyasiya olunub, üzlənmə üçün istifadə olunan 2 500 kv. metr mərmər-qranit işlərindən 1 000 kv. metr görülüb. Keçidin giriş-çıxış hissəsi üçün 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifariş olunub.

report.az