Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Hollandiyaya səfərə gedəcək.
Bu barədə müsahibəsində Niderland Krallığının Azərbaycan yeni təyin olunmuş səfiri Onno Kervers məlumat verib.
Onun sözlərinə görə, səfər oktyabrın 26-29-da baş tutacaq. Səfər çərçivəsində H.Əsədov Hollandiyanın xarici ticarət naziri ilə görüşəcək, eləcə də ölkənin şərqində və cənub-şərqindəki müəssisələrdə olacaq.
Bundan başqa, azərbaycanlı nazir Vageningendəki Kənd Təsərrüfatı Universitetinə gedəcək və bu sahədə qabaqcıl texnologiyalarla tanış olacaq.
report.az