Expressbank-ın müştəriləri 10.000 AZN-dən çox pul qazanıb
11.10.2016

Expressbank tərəfindən müştərilərinin maddi rifahının yüksəldilməsi üçün maliyyə məsləhətçisi dəsti-xətti ilə yaradılmış məhsul və xidmətlər sırasında xüsusi yer alan ExpressClub xidməti, cəmi 6 aydır mövcudluğuna baxmayaraq artıq müştərilərin böyük rəğbət və sevgisini qazana bilmişdir.

"Xərclərinizi gəlirə çevirin" şüarı altında təqdim olunan ExpressClub layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (Cash back). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar. Belə ki, 6 ayın nəticələrinə görə, layihə çərçivəsində Expressbank-ın plastik kart sahibləri 10.000 AZN - dən artıq cash back almışlar.

ExpressClub layihəsinin xüsusi üstünlüyü - onun nəinki ExpressClub tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək cash back qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. ExpressClub şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.

Bütün bu fürsətlərdən yararlanmaq üçün sadəcə Expressbank-ın istənilən plastik kart sahibi olmaq kifayətdir! Bunun üçün şəxsiyyət vəsiqəsi ilə istənilən filiala yaxınlaşmaq və ya www.expressbank.az saytı vasitəsi ilə online sifariş etmək yetərlidir.

Expressbank-ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür.

ExpressClub tərafdaş şəbəkəsi və "Cash back" xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərlər.

Expressbank-ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin!

day.az