Azərbaycanın şəhərlərindən biri gənclər şəhəri elan ediləcək
27.9.2011

Hazırda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramın müxtəlif bəndləri üzrə işlər gedir, bu barədə Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, “Azərbaycan Gənclər Fondunun yaradılması ilə bağlı təklif hazırlanıb və yaxın günlərdə ölkə prezidentində təqdim ediləcək. Beynəlxalq Gənclər Mərkəzinin yaradılması ilə bağlı artıq ölkə prezidenti tapşırıq verib. Digər bəndlər də artıq reallaşdırılmağa başlanılıb. Hazırda bu bəndlərin tam icrasına başlamaq üçün bəzi texniki hazırlıqlar tələb olunur”.
E. Aslanov deyib ki, Gənclər Proqramında olan bəndlərdən biri müxtəlif şəhərlərin gənclər şəhərləri və gənclər bölgələri elan edilməsidir: “Yaxın zamanda Azərbaycanın bölgələrindən biri gənclər şəhəri elan ediləcək. Həmin bölgənin adını açıqlamaq istəmirəm. Amma artıq bununla bağlı işlər gedir. Noyabr ayında Azərbaycanda ilk dəfə olaraq Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji gənclər düşərgəsi təşkil olunacaq”.