Tailandda doğulmuş altı əkizə avtomobil adları verilmişdir
3.8.2012

Tailandda yaşayan ailələrdən birinin altı əkiz uşağı olmuşdur. Lakin daha maraqlısı odur ki, uzun müddət övlad üzünə həsrət qalan ailə körpələrə avtomobil markalarının adlarını vermişdir.

Üçü qız, üçü oğlan olan əkizlərə Forcun (Toyota Fortuna), Audi, Porşe, Mini, Wolksvagen və Fiat adları qoyulmuşdur.
KİV-lərin məlumatına görə, 29 yaşlı Bankonq sakini Duanqcanok Vanqvittxayasakun süni yolla mayalanma nəticəsində hamilə qalmışdır.

AzərTAc