Türkiyənin Qaziantep Universitetinin professoru, fəlsəfə elmlər doktoru Babək Qurbanovun “Firuz Mustafanın yaradıcılığına baxış (Dörd cəhət)” adlı yeni kitabı işıq üzü görüb.
“MBM” nəşriyyatının çap etdiyi yeni kitabda müəllifin tanınmış filosof, nasir, dramaturq Firuz Mustafanın elmi və ədəbi fəaliyyəti haqqında müxtəlif illərdə yazdığı, Türkiyə və Azərbaycan mətbuatında dərc olunan məqalələri toplanıb.
Yeni kitabın redaktoru Fazil Mustafayev, rəyçisi isə professor Bədirxan Əhmədovdur.
Qeyd edək ki, Babək Qurbanov Azərbaycanın Xalq Şairi Osman Sarıvəllinin övladıdır. O, uzun illərdir ki, elmi və pedaqoji fəaliyyətini Türkiyədə davam etdirir.
azertag.az