Oktyabrın 18-də Moskvada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan multikulturalizm ölkəsidir” adlı fotosərgi açılacaq. Sərgi Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı ilə baş tutacaq. Fotosərginin təşkilinə, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Bakı Media Mərkəzi və ArtFaktor dəstək verir.
Sərgidə, həmçinin Bakı Media Mərkəzinin “Bir günəş altında” filmi göstəriləcək. Fotosərginin açılışına Rusiyanın Dövlət Dumasının deputatları, mədəniyyət xadimləri, Moskvada olan diplomatik nümayəndəliklər, Rusiya Azərbaycan Gənclər Təşkilatı, Rusiya Fotorəssamlar İttifaqı və digər qurumların təmsilçiləri dəvət olunub.
azertag.az