Azərbaycanın Əməkdar Artisti Vyanada “Salam Orient-2016” festivalında çıxış edəcək
12.10.2016

Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski və qrupu oktyabrın 28-də Vyanada “Salam Orient-2016” (Salam Şərq - 2016) festivalında konsert proqramı ilə çıxış edəcək.

Bu barədə məlumat festivalın rəsmi saytında və İsfar Sarabskinin “facebook” səhifəsində yer alıb. Konsertdə İsfar Sarabski ilə birgə Şəhriyar İmanov (tar), Saşa Zinger (zərb alətləri), Aleksey Miltiks (violonçel), İlqar Rzayev, Ümidə Abbasova, Osman Eyyublu (hər üçü skripka) və Makar Novikov (bas-gitara) çıxış edəcək.

Konsert proqramı “Radiokulturhaus”, “ORF Ö1” və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.

“Salam Orient-2016” festivalı oktyabrın 13-dən 31-dək davam edəcək.

azertag.az