Almaniyanın Bonn Universitetinin arxeoloqları mayya şahzadəsinin qəbrini tapmışlar. Qazıntılar Mərkəzi Amerikada yerləşən Yukatan yarımadasındakı qədim Uksul şəhərində aparılmışdır. Bonn Universitetinin alimlərinin maraq dairəsində əsas saray kompleksinə aid olan şah sarayı olmuşdur.
Bir müddət əvvəl isə arxeoloqlar K2 binası ərazisində apardıqları tədqiqatlar zamanı 20-25 yaşlı oğlana aid böyük qəbir aşkarlamışlar. O, qolları sıxılmış vəziyyətdə kürəyi üstə uzadılmışdı, üzünü isə mayya qanunlarını - ideoqrafik əlyazmanı xatırladan naxışlar həkk edilmiş lövhə tuturdu. Skelet yaxşı vəziyyətdə qalmış bahalı naxışla bəzədilmiş qablarla əhatə edilmişdir.
Arxeoloqların fikrincə onlardan ikisi şahzadəyə həsr edilmişdir. Eyni zamanda, şahlıq taxtına varislər üçün xarakterik olan nefritdən hazırlanmış bəzək əşyalarının qəbirdə yoxluğu vəfat etmiş gənc oğlanın hakimiyyətə iddialı olmadığının göstəricisi sayılır.
Mütəxəssislər qabların tarixini müəyyənləşdirmişlər. Arxeoloqlar dəqiq göstərirlər ki, qablardan biri bizim eranın 711-ci ilinə aiddir. Buradan isə qəbirin VII əsrin ikinci-üçüncü onilliyinə aid olduğu qənaətinə gəlinmişdir. Bu əsrdə Kalakmul çarlığı artıq regionda siyasi təsirini itirmişdi. IX əsrin əvvəllərindən isə Uksul şəhəri birdəfəlik tərk edilmişdir.
AzərTAc