Fəxrəddin Manafovun doğum günüdür
3.8.2012

Bu gün Azərbaycan teatr və kino aktyoru, xalq artisti Fəxrəddin Manafovun doğum günüdür. SİA-nın xəbərinə görə, aktyor 1955-ci ildə avqust ayının 2-si Xankəndidə anadan olub. Fəxrəddin bəy, 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə isə "Yuğ" Dövlət teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. Aktyor “Üzeyir ömrü”, “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Qaladan tapılan mücrü”, “Köhnə bərə”, “Park”, “Qəm pəncərəsi”, “Təhminə və Zaur” və bir çox filmlərdə rol alıb. Daha sonra isə 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb.
57 yaşlı xalq artisti Fəxrəddin Manafovu doğum günü münasibəti ilə təbrik edirik !

sia.az