Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi Oğuz və Qəbələ rayonlarında humanitar aksiya keçirmişdir. Humanitar aksiyada Milli Onkologiya Mərkəzinin 18 nəfərlik həkim briqadası iştirak etmişdir.
Əsas məqsəd xərçəng xəstəliyinin aşkarlanması və bu yönümlü xəstəliklərin vaxtında müəyyən edilərək nəzarətə götürülməsi olmuşdur.
Oğuz rayonunun 400, Qəbələ rayonun 300 sakininə profilaktiki yardım göstərilmişdir. Müayinələr Mərkəzin zəruri tibbi avadanlıqla təchiz edilmiş Səyyar Diaqnostika Kompleksində aparılmışdır.
Müayinə olunanların bəziləri mərkəzi rayon xəstəxanalarında müalicəyə cəlb olunmuşlar.
AzərTAc