Belarus səfiri Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb
12.10.2016

Belarusun Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovla görüşüb. Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı Azərbaycan və Belarusda iqtisadi islahatların aparılması və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə edilib.

report.az