eManat terminallarında dövlət rabitə operatorlarının xidmətini ödəmək mümkün olacaq
12.10.2016

"Modenis" şirkəti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" istehsalat birliyinin stasionar rabitə və internet xidmətlərinə görə eManat ödəmə terminallarında ödəniş servisini tətbiq etməyə hazırlaşır.

Bunu şirkətdən deyiblər.

Şirkətdən qeyd ediblər ki, ödəniş servisinin tətbiq edilmə tarixi hələ müəyyən edilməyib, lakin bu istiqamətdə işlər aparılır.

trend