Fransanın “France 3” telekanalında istedadlı gənc rəssam Məryəm Ələkbərli haqqında reportaj yayımlanıb.
Reportajda tanınmış incəsənət nümayəndələri Məryəm Ələkbərli haqqında fikirlərini bölüşürlər. Gənc rəssamın əsərlərinin dünyanın bir çox ölkələrində sərgiləndiyi və müvəffəqiyyət qazandığı diqqətə çatdırılır.
İncəsənət tarixçisi xanım Janet Zvinjenberjer Məryəmin əsərlərinin artıq dünyanın bir çox ölkələrində tanınmasından, onların əsas məziyyətlərindən danışır. O, azərbaycanlı gənc rəssamın öz daxili aləmini və hisslərinin dialoqunu rəsmlərin və rənglərin köməyi ilə ifadə etdiyini vurğulayır.
J.Zvinjenberjer gənc Məryəmin müasir incəsənətə yaxşı bələd olduğuna toxunaraq, onun rəng seçimi və kompozisiya istedadına valeh olduğunu bildirib.
azertag.az