Azərbaycanda ilanlar uşağın yanında gecələyib
3.8.2012

Bərdə sakininin evinə ilanlar soxulub. İlanlar azyaşlı uşağın yatdığı çarpayıya qalxaraq onun yanında yatıblar.
Bərdənin Kətəlparaq kəndi ərazisində müvəqqəti məskunlaşan ağdamlı məcburi köçkünlərin yaşadıqları qəsəbədə ilanların artdığı məlum olub.

Qəsəbədə məskunlaşan Allahverdiyevlər ailəsinin xanımı evə girdiyində uşağın çarpayısının yanında 2 ilanın yatdığını görüb. İlanın birini qonşuların köməyi ilə öldürsələr də, digəri qaça bilib.

Qeyd edək ki, ilanlar evə damdan daxil olublar. Məcburi köçkünlər ən çox uşaqları üçün narahat olduqlarını bildiriblər.

Qeyd edək ki, ilanların məskunlaşdığı ərazidə Ağdam rayon 95 saylı məcburi köçkün məktəbi yerləşir ki, bu da təhlükəni daha da artırır.

big.az