Mədəniyyət evində Milli Məclisin deputatı ilə görüş keçiriləcək
13.10.2016

Oktyabrın 17-də Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi “Bizim evin qonaqları” layihəsi rubrikasından Milli Məclisin deputatı Qənirə Paşayeva ilə görüş keçirəcək.

İdarədən bildirilib ki, tədbirdə elm, ədəbiyyat, incəsənət xadimləri ilə yanaşı, məktəblilər, ictimaiyyətin nümayəndələri də iştirak edəcəklər.

Bildirilib ki, layihə çərçivəsində müxtəlif peşə sahibləri, tanınmış insanlar, sənət adamları ilə mütəmadi görüşlər keçirilir.

azertag.az