Tələbə Qəbulu üzrə Dövlər Komissiyasının sədri Məleykə Abbaszadə valideynlərə çağırış edib. Сümə günü keçirilən mətbuat konfransında Abbaszadə valideyinləri ixtisas seçimi ilə bağlı övladlarına təzyiq göstərməməyə çağırıb.
TQDK sədri qeyd edib ki, abituriyent yüksək bal yığdığına görə, onun istədiyini yox, digər yüksəkballı ixtisası seçməsi şərt deyil.
Abbaszadə vurğulayıb ki, valideynlər imtahanlarda bal toplamış abituriyentin fikrini öyrənməlidirlər.
Komissiya sədri deyib ki, bəzi ixtisas qruplarında keçid balının aşağı salınması abituriyetlərə təhsil almaq üçün şans yaratmaq məqsədi daşıyır.
Onun sözlərinə görə, hazırda fəaliyyəti dayandırılan bəzi qeyri-qanuni ali təhsil müəssisələri ötən illərdə aşağı balla qəbul elan edirdilər, sonradan isə həmin şəxsləri diplomla təmin edə bilmirdilər.
"Biz aşağı bal toplayan abituriyentlərə qanuni yolla təsərrüfat sahəsində olan ixtisasları seçməyi tövsiyə edirik", - Abbaszadə deyib.
Trend