Əhali GMO məhsullar barədə məlumatlandırılacaq
13.10.2016

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması” adlı layihəyə start verib. Layihənin icrasının başlanması ilə bağlı mətbuat konfransı keçirilib.

Fonddan bildiriblər ki, mətbuat konfransında GVB-nin idarə heyəti, birliyin yerli təşkilatlarının təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.

Layihə rəhbəri M.Əliyev konfransda çıxışı zamanı qeyd edib ki, əsas məqsəd GMO məhsullarının cəmiyyətə verdiyi ziyanlarla bağlı araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaq, belə məhsulların dövriyyəsini, satışını və yayılmasını məhdudlaşdırmaq məqsədilə qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlamaq, əhaliyə bu barədə məlumat verməkdir.

Bildirilib ki, layihə gələn il yanvarın 10-dək davam edəcək.

azertag.az