Yüksək nəticə ilə BDU-ya qəbul olunanlar elmi fəaliyyətə cəlb ediləcəklər
13.10.2016

Son illər Bakı Dövlət Universitetində (BDU) elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən elmi fəaliyyətə cəlb edilməsi məqsədilə bir sıra islahatlar və intensiv işlər aparılır.

BDU-dan bildiriblər ki, bu işlərin davamı kimi, bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş, elmi işə xüsusi maraq göstərən 312 nəfər birinci kurs tələbəsi elmi fəaliyyətə cəlb ediləcək. Onların hər birinə müəllim və elmi işçilər sırasından elmi rəhbərlər təyin olunacaqlar.

Elmi rəhbərlər tələbələrlə söhbət əsnasında onları müvafiq kafedralarda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri və metodları ilə tanış etməlidirlər.

azertag.az