Dənizkənarı Milli Parkda əl sənətkarlığı nümunələri sərgisi keçirilir
27.9.2011

Ümumdünya Turizm Günü münasibəti ilə Dənizkənarı Milli Parkda əl sənətkarlığı nümunələri sərgisi nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycanın 10-a yaxın regionun sənətkarlı nümunələri nümayişə çıxarılıb. Qız Qalasının qarşısında qurulan sərgi məkanının ziyarətçiləri üçün Azərbaycanın milli ornamentlərini özündə əks etdirən müxtəlif aksessuarlar, milli mətbəx nümunələri də təqdim olunur. Ziyarətçiləri milli geyimli gənclər qarşılayır. Milli Parkda qurulan ekranda isə Azərbaycan mədəniyyət və incəsənətini nümayiş etdirən müxtəlif videolar nümayiş etdirilir. Sərgidə eyni zamanda Səbinə Dünyamalıyevanın tarixi əsaslar əsasında hazırlanmış geyim kolleksiyası da nümayişə çıxarılıb.
Qeyd edək ki, “Dənizkənarı milli parkda əl sənətkarlığı nümunələri sərgisi” bu gün saat 19:00-a kimi davam edəcək.