2002-ci ildə “Kainat gözəli” müsabiqəsinin qalibi olmuş, sonra titulundan imtina edən rusiyalı Oksana Fyodorovanın Bakıya gəlməsi gözlənilir.
Onun hazırlıqları gedən “Miss Civilization 2012” Mədəniyyətlər gözəli müsabiqəsinin münsiflər heyətinin tərkibində olması gözlənilir.
Bu haqda məlumat müsabiqənin mətbuat xidmətindən verilib.
Artıq Oksanaya müsabiqə ilə bağlı rəsmi məktub göndərilib. Məktuba müsbət reaksiya göstərən Rusiya gözəli ilə hazırda daha geniş söhbət aparılır.
Tərəflər qarşılıqlı razılaşmaya gəldikdən sonra Fyodorova müsabiqənin final ərəfəsində Bakıya təşrif buyuracaq.
Gün.Az