Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədilə Lənkəran şəhərində “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov və Lənkəran-Astara zonası üzrə gənclər və idman idarələrinin rəhbərləri, tələbələr və fəal gənclər iştirak ediblər.
Tədbirdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş etdirilib.
report.az