Neftçalada 431 yeni iş yeri açılıb
6.8.2012

İlin əvvəlindən indiyə kimi Neftçala rayonunda istehsalat müəssisələrinin yaradıması nəticəsində 431 daimi yeni iş yeri açılıb.

RİH-in sosial-iqtisadi şöbəsindən verilən məlumata görə, ilin əvvəlindən bu günə kimi rayonda 4 yeni müəssisə yaradılıb, 381 fiziki şəxs fəaliyyətə başlayıb.

Yeni yaradılmış müəssisələrin hesabına 6, fiziki şəxslər üzrə 381, mövcud müəssisə və təşkilatlarda 44, cəmi 431 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunublar.

Kənd təsərrüfatında isə mövsümü işlərə 996 nəfər, rayonda aparılan tikinti-abadlıq işlərinə 151 nəfər cəlb olunub.

Qeyd edək ki, işsizliyin səviyyəsini minimuma endirmək məqsədilə rayonda yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür.


Gün. Az