“Mansory” firması daha güclü “Lamborghini Aventador” hazırladı – Foto
6.8.2012

Super idman avtomobillərinə yeni dizayn verməklə məşğul Almaniyanın “Mansory” firması yeni işini təqdim etdi.

Firma son işində “Lamborghini”nin yeni “Aventador LP700-4” modelinə xüsusi olaraq gövdə kiti hazırlayıb.

Bu kit isə tamamilə karbon liflərlə örtülüb.

“Mansory” firması tamamilə yeni görünüş və güc əldə edən bu xüsusi avtomobilə “Carbonado” adını verib.

“Aventador”un standart 6,5 litrlik V12 mühərriki 691 at gücü istehsal etdiyi halda “Mansory” firmasının etdiyi dəyişikliklərdən sonra avtomobilin gücü 754 at gücünə qədər artırılıb.

Qeyd edək ki, avtomobildən məhdud sayda – cəmi 6 ədəd istehsal ediləcək.


Gün.Az