Dünya Sağlamlıq Təşkilatı 122 ölkədə araşdırma aparıb.
Qərb mətbuatına istinadən verilən xəbərə görə, araşdırma nəticəsində dünyanın ən tənbəl ölkələri müəyyənləşib.
İngiltərə jurnalı “The Lancet”də yayımlanan araşdırmada birinci yeri Malta tutub.
Məlumata görə, Malta əhalisinin 71.9%-i hərəkətsizdir. Siyahıda növbəti sıraları Səudiyyə Ərəbistanı, Serbiya və Argentina tutub.
Türkiyə bu siyahıda 15-ci yerdə qərarlaşıb. Türkiyə əhalisinin 56%-nin tənbəl olduğu bildirilib.
Gün.Az