Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti təqdim ediləcək. Klassik balet sənətinin parlaq nümunələrindən olan səhnə əsəri uzun illərdir ki, teatrın repertuarındadır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada Odetta-Odilliya partiyasını ilk dəfə balet truppasının gənc solisti Ayan Eyvazova ifa edəcək.
A.Eyvazova truppanın ən ümidverən solistlərindəndir. Tamaşada onun tərəf müqabili kimi truppanın aparıcı solisti Makar Ferştandt çıxış edəcək. Digər rollarda Əməkdar artistlər Samir Səmədov Kamran Qurbanov və başqaları çıxış edəcəklər.
Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.
azertag.az