Azərbaycanda 60 minə yaxın müəllim yeni sistemlə fəaliyyət göstərir.
Bunu təhsil naziri Mikayıl Cabbarov dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması ilə bağlı keçirilən mərasimdə deyib.
Nazir qeyd edib ki, bu müəllimlər bu ildən yeni dərs yükü və əmək haqqı sistemi ilə çalışırlar.
M.Cabbarob bildirib ki, 2017-ci ildə də proses davam etdiriləcək: "Gələn il yeni əmək haqqı və dərs yükü ilə əhatə olunan müəllimlərin sayı 100 minə çatdırılacaq. Makroiqtisadi və maliyyət vəziyyətində dövlət başsı tərəfindən bu peşə sahiblərinə dövlət tərəfindən siyasətin davam etdirilməsi müasir zamanda təhsilə verilən önəmin göstəricisidir. Biz bu münasibətə işimizlə cavab verməliyik. Müəllim olmaq hər bir dövrdə çətin vəzifə olub. Bu gün yaşadığımız dövr şərəfli müəllim peşəsinin daşıyıcıları üçün daha önəmli və məsuliyyətlidir. İnformasiya erasında müəllimin, təhsil sisteminin biliyə inhisarı, monopoliyası böyükdür. Müəllim sinif otağında, ali məktəb auditoriyasında yeganə bilik mənbəyi deyil. Məlumatın çox qısa və asan şəkildə əldə edilməsi imkanları hər bir fərdin, şəxsin, müəllimin, tədris sistemində işləyənlərin fəaliyyətinin diqqət mərkəzində olması imkanlarını xeyli dəyişdirib. Əminliklə deyə bilərik ki, təhsil sistemində çalışan müəllimlər bu günün tələblərini yaxşı anlayır və qarşıda duran məsələlərin həlli üçün lazımlı gücə malikdir”.
trend