Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada Jermon partiyasını Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin ifa edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova rol alacaq.
Tamaşanı beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.
azertag.az