Qəbələdə Sloveniyanın “Tartini kvarteti”nin və İngiltərənin London Royal Filarmonik Orkestrinin konsertləri olub
6.8.2012

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Sloveniyanın məşhur “Tartini kvarteti”nin konserti olub.
Violin ifaçıları Miran Kolbl, Romeo Druker və Aleksandr Milosev, arfa ifaçısı Moyka Zlobko Vayql, violonçel ifaçısı Milos Milejnik iştirakı ilə keçən konsertdə bəstəkar A.Dvorjak, A.Kaple və K.Debüssinin əsərlərini ifa edilib.

London Royal Filarmonik Orkestrin növbəti konserti də bu gün növbəti konsertini keçirib. İki dəfə “Qremmi” və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi dünya şöhrətli orkestr və tanınmış violonçel ifaçısı Dmitri Yablonski tamaşaçılara bəstəkar Hektor Berlioz, Antonin Dvorjak və Lüdviq Bethovenin əsərlərini təqdim edib.

APA