Azərbaycan və Çexiya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17.10.2016

Praqadakı Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun direktoru İvan Stekl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

ADNSU-dan bildiriblər ki, energetika fakültəsinin müəllim və tələbələrinin iştirak etdikləri görüşdə İ.Stekl Çexiya Texniki Universiteti barədə ətraflı məlumat verib, “Atom və nüvə fizikası” mövzusunda məruzə ilə çıxış edib.

İ.Stekl yüksək enerjili kosmik radiasiyanı ölçən cihazlar – detektorlar barədə danışıb. O, hazırda həmin detektorlar vasitəsilə araşdırma apardıqlarını qeyd edib.

Sonra ADNSU ilə Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutu arasında tətbiqi fizika sahəsi üzrə əməkdaşlığın qurulmasına dair müzakirələr aparılıb.

azertag.az