Oktyabrın 19-da Ekvadorda BMT-nin mənzil və davamlı şəhər inkişafına dair Konfransı açılacaq
17.10.2016

Dünyanın ekoloji baxımdan davamlı və firavan şəhər quruculuğuna dair yeni strategiyaya ehtiyacı var. Gözlənildiyinə görə, 2050-ci il üçün planetimizin əhalisinin 70 faizi şəhərli olacaq. Dünyanın belə sürətlə urbanizasiyaya uğraması ətraf mühitə və bütövlükdə bəşəriyyətin taleyinə böyük təsir göstərir.

BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verilir ki, oktyabrın 17-də Ekvadorun paytaxtı Kitoda BMT-nin mənzil və davamlı şəhər inkişafına dair Konfransı (Habitat III) açılacaq. Konfransda urbanizasiya sahəsində yeni gündəlik qəbul ediləcək.

BMT-nin Habitat proqramının rəhbəri Xuan Klos tədbir ərəfəsində bildirib: “Urbanizasiya sahəsində yeni gündəlik urbanizasiya prosesinə yeni gözlə baxmağa və son 20 ildə etdiyimiz səhvləri düzəltməyə çağırışdır. Həmin dövr üçün statistika məlumatlarına baxsaq, nəzarət edilən urbanizasiyanın miqyasının kiçildiyini görərik. Şəhər planlaşdırmasının səmərəliliyi də azalıb. Nəticədə şəhər sakinlərinin çoxu əziyyət çəkir”.

X.Klosun sözlərinə görə, konfrans dəyişikliklərə başlamaq üçün tarixi imkandır. Onun əhəmiyyəti bundadır ki, davamlı inkişaf sahəsində 2030-cu ilədək dövr üçün Gündəliyin icrasının birinci ilində keçirilir.

azertag.az