Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayevin Qusar, Xaçmaz və Şabran rayonlarına səfəri
20.7.2011

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Ə.Qarayev Şahdağ Yay Qış Turizm Kompleksinin tikinti işlərinin gedişatına baxış keçirmək məqsədilə cari ilin 18 iyul tarixində Qusar rayonuna səfər etmişdir.
19 iyul tarixində layihənin tikinti işlərini aparan yerli və xarici şirkətlərin rəhbərləri ilə geniş müşavirə keçirilmişdir.
Həmin gün cənab Ə.Qarayev Nabran zonasında fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olmuş və burada istirahət edən insanlarla söhbət aparmışdır. Həmçinin, Xaçmaz və Şabran rayonlarının mədəniyyət obyektlərinə baxış keçirilmişdir.
Səfərin nəticələrinə uyğun olaraq nazir Xaçmaz və Şabran rayonlarında mədəniyyət və turizm sahələri üzrə müvafiq göstərişlər vermişdir.