Nazir Əbülfəs Qarayev: “Bu il Azərbaycana gələn turistlərin sayı 2 milyon nəfəri keçəcək”
27.9.2011

“Biz 2011-ci ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 2 milyon 100 min nəfərə çatacağını güman edirik.
Çünki göstəricilərə əsasən demək olar ki, nəticə bu cür olmalıdır”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 14% artım var. Ə.Qarayev qeyd edib ki, bu il ərzində Azərbaycanda bir çox turizm obyektləri tikilərək istifadəyə verilib.
Nazir yay mövsümündə ölkəyə gələn turistlərin sayında ötən ilə nisbətən çox böyük artım olduğunu açıqlayıb.
Ə.Qarayev bu ilin 6 ayı ərzində Azərbaycana xaricdən 1 mln. 900 min nəfərin gəldiyini deyib. Onların 1 mln. 500 min nəfəri turist olub.