Mədəniyyət və Turizm Nazirliyinin, Goranboy Rayon İcra Hakimiyyəti və rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində 18 oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
Nazirlikdən bildirilib ki, tədbirdə Bakı şəhərindən təşrif buyurmuş incəsənət ustalarının ifaları rayon sakinlərinin böyük marağına səbəb olub. Tamaşaçılar qarşısında Xalq artistləri Simarə İmanova, Cəmilə Bayramova, Əməkdar artistlər Zakir Əliyev, Nüşabə Ələsgərli, aşıq Solmaz Kosayeva və digər ifaçılar çıxış ediblər.
azertag.az