“Ağ bığlılar” növbəti dəfə səhnədə
17.10.2016

Oktyabrın 22-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən yeni tamaşa növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrdan bildirilib ki, Əməkdar Artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq səhnə əsərində iki süpürgəçinin iş prosesində başlarına gələn komik, həmdə kədərli əhvalatlardan danışılır. Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.

Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur. Rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa edəcək.

azertag.az