Oktyabrın 21-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Məsəl ya...” adlı tamaşanın premyerası olacaq.
Səhnə əsəri yeni yaradılan müstəqil “M.Teatr”a (“Mənim teatrım”) məxsusdur.
Əməkdar Artist, teatrın bədii rəhbəri Vidadi Həsənovun quruluşunda təqdim olunacaq tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən, Mirzə Ələkbər Sabirin şeirlərindən istifadə edilib.
Səhnə əsəri Ü.Hacıbəylinin “Ordan-burdan” kitabı əsasında hazırlanıb və mükalimə janrındadır.
azertag.az