Azərbaycan Xalça Muzeyi növbəti dəfə balacaları sevindirəcək
18.10.2016

Oktyabrın 29-da Azərbaycan Xalça Muzeyində maraqlı, əyləncəli, interaktiv proqram və görüşlərlə zəngin “Ailə günü” tədbiri keçiriləcək.

Tədbirinin keçirilməsində məqsəd valideyn və uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulur.

Tədbirdə iştirakçılar Azərbaycan xalçaçılığının, dekorativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayacaqlar. Onları kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqları, “Tilda” kuklasının hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.

azertag.az