Yerli internet provayder yeni kampaniyaya start verib
6.8.2012

“Sazz 4G” mübarək Ramazan ayı ərzində müştərilərə “Əlavə bonus müddəti” kampaniyasına start verib.

Şirkətdən verilən məlumata görə, kampaniya çərçivəsində əvvəlcədən ödənilən 4 aylıq abunəçi haqqına görə abunəçilər əlavə 15 gün, 6 aylıq abunəçi haqqına görə isə əlavə 1 ay pulsuz internet əldə edəcəklər.

Kampaniya bütün mövcud “Sazz 4G” abunəçilərini əhatə edir. Əgər bonus qazanmış müştəri hesabını dondurursa, onda bonusları silinir.

“Əlavə bonus” kampaniyası avqustun 31-nə qədər davam edəcək.


Gün.Az