Azərbaycanda elektron ticarət dövriyyəsi artıb.
Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 11,0 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz çox istehlak məhsulları satılıb.
Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin doqquz ayının səviyyəsini real ifadədə 1,6 faiz üstələyərək 10,6 milyon manata bərabər olub.
lent.az