Azərbaycanda mobil operatorlar 612 milyon gəlir əldə edib
18.10.2016

Cari ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1171,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,5%-i əhali tərəfindən istehlak olunub.

2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,5% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 52,3%-i və ya 612,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

lent.az