Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yeni beynəlxalq balansartırma xidmətinin istifadəyə verildiyini elan edir.
Şirkətdən verilən məlumata görə, bu xidmət Rusiya Federasiyasının ərazisindən "Bakcell" nömrəsinin balansını asanlıqla artırmaq imkanı verir.
Ödənişləri həyata keçirmək üçün Rusiyanın istənilən mobil operatorunun elektron pul kisəsi xidmətinin istifadə edən abunəçilər sadəcə http://payfon24.ru/shop/401032 keçidinə daxil olub, açılan səhifədə göstərilən sadə təlimatları yerinə yetirməlidirlər. "Bakcell" nömrəsinin balansına yüklənən vəsait Rusiya Federasiyasının Mərkəzi Bankının valyuta mübadiləsi məzənnəsinə uyğun olaraq rublun AZN-ə konvertasiyası yolu ilə həyata keçiriləcək.
Qeyd etmək lazımdır ki, "Bakcell" Azərbaycanda bu cür xidmətləri göstərən ilk şirkətdir. Bu layihənin başlıca məqsədi "Bakcell" xidmətlərini Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi ölkələrdə, xüsusilə azərbaycanlı icmaların (diasporların) yaşadığı ölkələrdə daha əlçatan etməkdən ibarətdir.
lent.az