İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şabran rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Bu barədə nazirlikdən məlumat verilib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il oktyabrın 13-də Şabran rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması, 3 ulduz otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
trend